24.8 C
Gence
24.8 C
Gence

Gəncədə toxuculuq üzrə təlimlər olacaq

Gəncədə ikigünlük təlimlər təşkil olunacaq. Bu haqda 27 yanvar tarixində Gəncə Gənclər Evi məlumat paylaşıb.

“Qalib xalqın gəncləri” başlıqlı təlimlər 2 Fevral Gənclər Gününə həsr olunub. Seminarlar Tikiş və Toxuculuq dərnəyinin rəhbəri Xatirə Məmmədova tərəfindən keçiriləcək. Dərslər 31 yanvar – 1 fevral tarixlərində saat 15:00-da Gəncə Gənclər Evində baş tutacaq.

İştirakçılar toxuculuq üslubunda taxta üzərində oymalarla qolbaqlar hazırlayacaqlar. Qatılmaq istəyənlər qeyd olunan link vasitəsi ilə WhatsApp qrupuna qoşula bilərlər.

Ən Çox Oxunan