24.8 C
Gence
24.8 C
Gence

Gəncədə toxuculuq üzrə masterklasslar keçiriləcək

Gəncədə üç günlük masterklass keçiriləcək. Bu haqda 3 dekabr tarixində Gəncə Gənclər Evi məlumat paylaşıb.

“Azərbaycan ornamentlərinin naxış halqası üzərində öyrədilməsi” mövzusunda baş tutacaq dərslər “Tikiş və Toxuculuq dərnəyi”nin rəhbəri Xatirə Məmmədova tərəfindən keçiriləcək. Masterklasslar 7, 8 və 9 dekabr tarixlərində saat 14:00-da təşkil olunacaq. Vebinarlar Gəncə Gənclər Evində keçiriləcək.

İştirakçılara sertifikatlar təqdim olunacaq. Qatılmaq istəyənlər qeyd olunan link vasitəsi ilə Whatsapp qrupuna qoşula bilər.

Ən Çox Oxunan