24.7 C
Gence
24.7 C
Gence

Gəncədə toxuculuq üzrə master-klaslar yekunlaşıb

Gəncədə 3 günlük master-klaslar başa çatıb. Bu haqda 24 yanvar tarixində Gəncə Gənclər Evi məlumat paylaşıb.

“Azərbaycan ornamentlərinin naxış halqası üzərində öyrədilməsi” adlanan ustad dərslərində 25 nəfər iştirak edib. Master-klas tikiş və toxuculuq dərnəyinin rəhbəri Xatirə Məmmədova tərəfindən təşkil olunub. Sonda iştirakçılara sertifikatlar təqdim olunub.

Qeyd edək ki, master-klaslar ödənişsiz keçirilir.

Ən Çox Oxunan