20.8 C
Gence
14.5 C
Ganja

Gəncədə topdan və pərakəndə satıcıları prezidentə müraciət edib

Gəncədə lotereyanın topdan və pərakəndə satışı ilə məşğul olan şəxslər prezidentə müraciət ediblər. Bu haqda Gencexeber.az-ın müxbiri 20 avqust tarixində məlumat verib.

Satıcılar dövlət başçısına lotereya biletlərinin qiymətinin qalxması barədə ərizə yazıblar. Müraciətə əsasən əvvəllər lotereyanı “Azərlotereya” ASC satırdı. 16 yanvar 2020-ci tarixində prezidentin sərəncamına əsasən bu qurum Türkiyənin “Demirören Şans Oyunları Yatırımları A.Ş.” şirkətinin törəmə cəmiyyətinin idarəçiliyinə verilib. Yeni idarəçilər isə keyfiyyət və kəmiyyət yerinə qiyməti qaldırıblar. Əvvəllər 1 biletin satışından 7-8 qəpik xeyir əldə edirdilərsə, indi bu məbləğ 3-4 qəpik təşkil edir.

Satıcıların çoxunun yaşı 50-dən yuxarıdır, arasında hətta yaşı 80-ni ötən də var və sosial baxımdan həssas əhali qrupuna aiddirlər. Çörək pulu qazanmaq üçün hər cür hava şəraitində gecə-gündüz küçələrdə bilet satırlar. Qiymətlər qalxdıqdan sonra satış azalıb.