24.7 C
Gence
24.7 C
Gence

Gəncədə tikilən ehsan bulağının açılışının tarixi açıqlanıb

“Bu vətən mənim vətənimdir, müharibəyə getməliyəm” – söyləyən şəhid Ayxan Musayevin doğum günü münasibəti ilə inşa edilən bulağın açılışı 22 sentyabr saat 12:00-da baş tutacaq.

Bulaq İsrafil Məmmədov, 1-ci döngə, sakinlərin adlandırdıqları “Qlavnı depo” mağazasının arxasındakı küçə ünvanında tikilib.

“Qardaşım vətənə və ailəsinə bağlı insan idi. Bu vətən mənim vətənimdir, müharibəyə getməliyəm demişdi” – deyə, şəhid bacısı “Kəpəz” televiziyasının hazırladığı videoreportajda söyləyib.

Musayev Ayxan Mehman oğlu 22 sentyabr 2000-ci il tarixində Gəncə şəhərində anadan olmuşdur. 27 sentyabr 2020-ci il tarixində 2-ci Qarabağ Muharibəsində iştirak etmişdir. Vətən muharibəsi zamanı Fizuli, Xocavənd, Cəbrayıl və Şuşa uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 8 noyabr Şuşa ətrafında sağ çiynindən yaralanmışdır. Hospitala yerləşdirilən Ayxan Musayev 20 günə yaxın komada qalmışdır. O, noyabrın 28-i şəhidlik zirvəsinə ucalıb.

29 noyabr 2020-ci il tarixində Gəncə Şəhər Şəhidlər xiyabanında dəfn edilən Ayxan Musayev “Vətən uğrunda”, Füzulinin və Xocavəndin azad olunmalarına görə medalları ilə təltif edilmişdir.

Ən Çox Oxunan