9.7 C
Gence
5.5 C
Ganja

Gəncədə tikiləcək Ekoloji park üçün 10 milyon manat vəsait ayırılıb

Gəncə şəhər İcra Hakimiyyəti Ekoloji park kompleksinin yaradılması üçün tikinti şirkəti ilə müqavilə imzalayıb. Bu haqda Abc.az-a istinadəm məlumat veririk.

Qurum “Gəncə Körpü Tikinti-2” ASC ilə 9 milyon 949 min 473 manatlıq müqavilə bağlayıb. Ekoloji park kompleksi şəhərin Əli Məmmədov küçəsində, şəhər yaşıllaşdırma şöbəsinin gülçilik sahəsində yaradılacaq.

Qeyd edək ki, 11 hektar ərazini əhatə edəcək park Gəncə çayının sağ sahilində yerləşəcək. İnşaat işlərinin gələn ilin əvvəlindən başlaması nəzərdə tutulub.

Ən Çox Oxunan