NarMed şirkəti Gəncə filialı üzrə vakansiya elan edib. Şirkətə tibbi nümayəndə tələb olunur.
Namizədlərdən Tibb Universitetinin yaxud Tibb kolleci təhsili, Rus dili biliyi, səlis danışıq qabiliyyəti, komandada işləmək bacarığı, məqsədəyönlülük, hərəkətli iş rejimində və kollektivdə işləmə bacarığı, dürüst və məsuliyyətli olmaq tələb edilir.
İş barədə məlumat:
– Şirkətin dərman preparatına müvafiq marketinq strategiyalarının və taktikalarının hazırlanması
– Rəqiblərin araşdırılması və analizinin aparılması
– Dərman preparatlarına prezentasiyaların hazırlanması və tədris prosesinin təşkili
– Məhsullara tələbatın yaradılması və satışına nəzarət etmək
– Promosyon materiallarının hazırlanması
– Görülən işlər barəsində hesabat hazırlanması və rəhbərinə təqdim edilməsi
– İş qrafiki həftə içi 5 gün (saat 9:00-dan 18:00-dək)
– AR Əmək Məcəlləsinə uyğun sənədləşmə
Tələblərə cavab verən və maraqlanan 23-45 yaş arası namizədlər şəkilli CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.