21 C
Gence
21 C
Gence

Gəncədə tibbi müayinə aksiyaları davam edir

TƏBİB Gəncə Şəhər Birləşmiş Xəstəxanasında tibbi müayinə aksiyası keçirib. Bu haqda 18 may tarixində Gəncə Şəhər Birləşmiş Xəstəxanasına istinadən xəbər veririk.

“Heydər Əliyevin 100 illiyi” münasibətilə təşkil olunan müayinə Əlil Qadınlar Cəmiyyətində həyata keçirilib. Təşkilatın təxminən 30-a yaxın üzvü tibbi müayinələrə cəlb edilib, onların şikayətləri dinlənilib. Müayinədə kardioloq, ginekoloq, nevroloq, terapevt, oftalmoloq, laborator analizlərin götürülməsi üçün həkim və tibb bacıları iştirak ediblər. Əlavə müayinə və müalicəyə ehtiyacı olan şəxslər xəstəxanaya dəvət ediliblər.

Qeyd edək ki, tibbi müayinə aksiyalarının yaxın günlərdə də davam etdiriləcəyi planlaşdırılır.

Ən Çox Oxunan