12.5 C
Gence
12.5 C
Gence

Gəncədə tibbi konfrans keçiriləcək

Gəncədə 13 noyabr tarixində konfrans keçiriləcək. Bu haqda Uptodate in Medicine rəsmi Facebook səhifəsində məlumat paylaşıb.

Kofrans Ramada Plaza oteldə “Sübuta Dayanıqlı Klinik Təbabət” adı ilə baş tutacaq. Pediatriyada müasir nəzəri və praktiki yanaşmalar, ən son elmi tədqiqatların nəticələri müzakirə olunacaq.

Konfransın məqəsədi konkret vəziyyət, xəstəlik, sindrom və ya hər hansı klinik situasiya zamanı tibbi yardım göstərilməsi üzrə sübutlu təbabət prinsiplərinə əsaslanan tövsiyələrdən istifadənin aşılanması, kardiologiya və radiologiya sahəsində dünya standartları və yeniliklərin müzakirəsi, tibb işçilərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsini təmin etməkdən ibarətdir.

Tədbirdə ixtisas həkimləri, tibb bacıları, rezident-həkimlər və tibb tələbələri iştirak edəcəklər.

Ən Çox Oxunan