26.4 C
Gence
26.4 C
Gence

Gəncədə taksi sürücüləri ilə maarifləndirici söhbətlər aparılıb

Gəncədə Covid-19 infeksiyası ilə əlaqədar olaraq reyd keçirilib. Bu haqda dekabrın 27-si Kəpəz televiziyasına istinadən məlumat veririk.

Tədbir Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin əməkdaşları tərəfindən təşkil olunub. Onlar taksi sürücülərinə maskadan istifadə etmək, avtomobildə dizenfeksiya edici məhlulun olunması və şəffaf arakəsmənin quraşdırılmağın əhəmiyyətindən danışıblar.

Təlimata uyğun olaraq sərnişinlər arxa oturacaqda oturmalıdırlar. Yalnız zəruri hallarda sürücünün yan oturacağında otura bilmələrinə icazə verilməlidir. Reyd zamanı taksi sürücülərinə tibbi maskalar paylanılıb.

Ümumilikdə Gəncədə rəsmi olaraq minə yaxın şəxs taksi fəaliyyatı ilə məşğul olur.

Ən Çox Oxunan