19 C
Gence
19 C
Gence

Gəncədə İT sahəsində gənclər üçün ödənişsiz təlimlər təşkil olunur

Gəncədə İnnovasiya və texnologiyalar sahəsində HELP (Hands-on Engineering Leadership Proqram) təlimləri keçiriləcək. Bu haqda Gəncə Gənclər Evinin rəsmi İnstagram səhifəsində məlumat paylaşılıb.

Təlimlərdə iştirak ödənişsizdir və aşağıdakı sahələri əhatə edir:

  • Robototexnika
  • Dron və PUA texnologiyası
  • Mühəndislik
  • İKT proqramlaşdırma
  • 3D modelləmə
  • Avia modelləmə

Təlimlər 2 həftə davam edəcək. Proqramın sonunda sertifikat əldə edən gənclər Gənclər evlərində fəaliyyət göstərən SPORTECH studiyalarında mentor olaraq işləməyə dəvət olunacaqlar.

Yeni biliklər əldə etmək arzusunda olan şəxslərin müraciətləri 10 dekabr 2021-ci il tarixinədək qəbul olunacaq. Bunun üçün Gənclər evlərinə yaxınlaşaraq, elektron qeydiyyat formasını dolduraraq və ya posterdən QR kodu skan edərək müraciət oluna bilər.

Əlavə məlumat üçün +999124658415 telefon nömrəsi və [email protected] elektron poçt ünvanı qeyd olunub.

 

Ən Çox Oxunan