23 C
Gence
23 C
Gence

Gəncədə təmizlik işləri gedir

Gəncədə şəhər ərazisində təmizlik işləri davam edir. Bu haqda Gencexeber.az-a 14 dekabr tarixində məlumat daxil olub.

Qeyd olunan işlər Atatürk prospektində aparılır. Əraziyə canlı qüvvə və texnika cəlb olunub. Avtobus dayanacaqları MKTİB işçiləri tərəfindən yuyularaq təmizlənir.

Xatırladaq ki, dünən şəhər ərazisində iki iməcilik aksiyası təşkil olunmuşdur. Şəhər ərazisində “Səbiskar” qəbiristanlığı və qədim Gəncə qalasının ətrafı təmizlənərək səliqəyə salınmışdır.

 

Ən Çox Oxunan