Azerbaycan Texnologiya Universitetinin tələbələri 8 noyabr – Zəfər günü münasibəti ilə tədbir keçiriblər. Bu haqda Gencexeber.az-ın izləyicisi məlumat verib.
Tədbir Qida Mühəndisliyi fakültəsinin, Turizm Sənayəsinin Təşkili və Ekologiya kafedrasının 2219a1 qrupunun tələbələrinin təşəbbüsü ilə baş tutub.
Yığıncaqda müəllim və tələbələrlə yanaşı, Vətən müharibəsi qaziləri çıxış ediblər. Mərasim iştirakçıları sonda kollektiv şəkildə “Vətən yaxşıdır” mahnısını oxuyublar.


