26.4 C
Gence
26.4 C
Gence

Gəncədə tələbələr Dövlət Arxivinin Gəncə filialına gediblər

Gəncədə ekskursiya təşkil olunub. Bu haqda Milli Arxiv idarəsi məlumat paylaşıb.

Ekskursiyada Gəncə şəhər 2 nömrəli Peşə məktəbinin tələbələri iştirak ediblər. Onlar Azərbaycan Respublikasının Dövlət Arxivinin Gəncə filialında olublar. Direktor Eleonora Süleymanova arxivin iş fəaliyyəti istiqamətləri və Daşkəsən, Samux, Goranboy, Naftalan rayon filialları haqda məlumat verib. O, həmçinin sənədlərin dövlət arxivlərinə qəbulu, mühafizəsi, uçotu və s. haqda danışıb.

Sonra tələbələr sənədlərin mühafizəsi ilə tanış olublar. İştirakçıların sualları cavablandırılıb.

Ən Çox Oxunan