Gəncənin təhsil müəssisələrində üçüncü doza (“buster” doza) ilə peyvəndlənmə prosesi davam etdirilir. Bu haqda Gəncə Şəhər Təhsil İdarəsinin rəsmi Facebook səhifəsində məlumat yerləşdirilib.
Təhsil işçilərinin 90%-dən çoxu COVID-19-a qarşı hər 2 doza vaksin olunub. Koronavirus (COVİD 19) pandemiyasından qorunmaq və peyvəndlənmə prosesi ilə bağlı ümumtəhsil məktəblərində mütəmadi olaraq maarifləndirici görüşlər keçirilir.
Qeyd edək ki, işlər “Azərbaycan Respublikasında COVİD-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq aparılır.