25.3 C
Gence
25.3 C
Gence

Gəncədə Təhsil İdarəsinin müdiri müsabiqə mükafatçıları ilə görüşüb

Gəncədə “Rəqəmsal gələcəyə addım” respublika müsabiqəsində müvafiq yerlərə layiq görülmüş şagirdlərlə görüş keçirilib. Bu haqda Gəncə Şəhər Təhsil İdarəsinin Facebook səhifəsində məlumat dərc edilib.

Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev “Kod Saatı” qlobal hərəkatı çərçivəsində şagirdləri təbrik edib və uğurlar arzulayıb. O, yarışların əhəmiyyətindən danışıb, sözügedən müsabiqənin məktəblilərin bilik və bacarıqlarının inkişafında mühüm rol oynadığını bildirib.

Sözügedən Respublika müsabiqəsində aşağıda göstərilən şagirdlər müvafiq yerlərə layiq görülüblər:

  • İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin altıncı sinif şagirdi Əli Abbasov birinci yer;
  • İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin altıncı sinif şagirdi Türkan Qədiməli həvəsləndirici yer;
  • 32 nömrəli tam orta məktəbin altıncı sinif şagirdi Zöhrab Bayramov ikinci yer.
Gəncə Şəhər Təhsil İdarəsinin rəsmi Facebook səhifəsindən foto
Gəncə Şəhər Təhsil İdarəsinin rəsmi Facebook səhifəsindən foto

 

Ən Çox Oxunan