21.4 C
Gence
21.4 C
Gence

Gəncədə Tədqiqat metodları və Akademik yazı üzrə təlim keçirilib

Gəncədə tələbə və müəllimləri üçün Tədqiqat metodları və Akademik yazı üzrə təlim keçirilib. Bu haqda dekabrın 9 Gəncə Dövlət Universitetinin Facebook səhifəsində məlumat yerləşdirilib.

Tədbir “Azərbaycanda Tədqiqat Potensialının Gücləndirilməsi” layihəsi çərçivəsində həyata keçirilib. Seminarlar 25 saat “Tədqiqat Metodları” və 25 saat “Akademik Yazı” kursundan ibarətdir. Təlim proqramı ADA Universitetin aparıcı professor-müəllim heyəti tərəfindən keçirilir və qruplar üzrə həm ingilis həm də azərbaycan dillərində tədris olunur.

Qeyd edək ki, GDU-nun 9 əməkdaşına sertifikatlar təqdim edilib.

Ən Çox Oxunan