“International” bank olmayan kredit təşkilatında Gəncə şəhərində təcrübəçi vakansiyası mövcuddur.
Namizədlərdən müvafiq ali və ya orta ixtisas təhsili, səlis Azərbaycan dilində danışma bacarığı, analitik düşüncə, yüksək ünsiyyət qurma, komandada işləmək, şifahi və yazılı komunikasiya, düzgün planlaşdırma və vaxtını idarə etmə bacarıqları tələb olunur. Xarici dil bilikləri arzuolunandır. Yaş həddi 18-35 arasıdır.
İş barədə məlumat:
- Öz bacarıqları daxilində birbaşa rəhbəri tərəfindən qoyulmuş hədəflərə çatmaq;
- Peşəkarlıq və bilik səviyyəsinin yüksəldilməsi üçün daima çalışmaq;
- Filialın müştəri bazasının genişləndirilməsi, müştərilərə yüksək səviyyəli xidmətin göstərilməsində iştirak etmək;
- Müştərilərə kredit məhsulları haqqında məlumat vermək;
- Kredit müraciətlərinin qəbulu və analizi;
- Kredit portfelinin keyfiyyətinə nəzarət və müştərilərlə mütəmadi əlaqə saxlamaq;
- Mütəmadi olaraq aktiv marketinq təbliğatı həyata keçirmək.
Tələblərə cavab verən və iştirak etmək istəyən namizədlər CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.