20.3 C
Gence
15.5 C
Ganja

Gəncədə İsveç İnstitutu tərəfindən hazırlanan sərgi keçiriləcək

Gəncədə “Dayanıqlı moda: Tekstilin gələcəyi” adlı sərgi keçiriləcək. Bu haqda məlumatı iyunun 16-sı Day.az-a istinadən veririk.

Tədbir Urban Mərkəzində bir ay müddətində – iyunun 17-dən iyulun 17-dək baş tutacaq.

Layihə Azərbaycan Milli İncəsənət Muzeyinin təşəbbüsü, Gəncə Şəhər İcra Hakimiyyəti və Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə həyata keçiriləcək.

Sərgi İsveç İnstitutu tərəfindən tədqiqatçılar və moda mütəxəssisləri ilə birlikdə hazırlanıb. Moda sənayesinin əsas problemlərinin işıqlandırıldığı sərgidə daha dayanıqlı gələcək üçün İsveçdə irəli sürülən həll yolları və təşəbbüslər nümayiş olunur.

Sərgidə isveçli fotoqraf Elizabet Tollun “Mənzərələr və portretlər” fotoseriyası, eləcə də onun əvvəllər Bakıda, Qəbələdə və Naxçıvanda kadra aldığı fotoşəkilləri və bir sıra portretlər nümayiş etdiriləcək.

Qeyd edək ki, sərgiyə giriş ödənişsizdir.