24.7 C
Gence
24.7 C
Gence

Gəncədə su borusunun təmir işləri görülüb

Gəncənin Nəriman Nərimanov prospektində su borusunun təmir-bərpa işləri gedir. Bu ərazidə baş vermiş qəza bizim tərəfimizdən işıqlandırılmışdır. Təmir haqda bu gün, 16 sentyabr tarixində Gencexeber.az-ın müxbiri xəbər verib.

İşlərə Azərsu ASC-nin əməkdaşları cəlb olunub. Təmir səbəbindən dörd zolaqlı avtomobil yolunun ikisi bağlanıb. Buna görə, prospektdə sıxlıq müşahidə olunub.

Əldə etdiyimiz məlumata əsasən, dünənki qəza nəticəsində şəhid Rəşad Ələkbərov adına tikilən ehsan bulağının açılışı ərəfəsində su olmayıb. Tədbir iştirakçısının sözlərinə görə, təmizlik işlərində alınma sudan istifadə olunub.

Nəriman Nərimanov prospektində su borusunun partlaması 15 sentyabr axşam saatlarında qeydə alınmışdı.

Ən Çox Oxunan