24.7 C
Gence
24.7 C
Gence

Gəncədə su borusu partlayıb

Gəncənin Muxtar Hacıyev küçəsində su borusu yenidən partlayıb. Bu haqda Gencexeber.az-ın müxbiri 18 sentyabr tarixində xəbər verib.

Hadisə 17 sentyabr axşam saatlarında baş verib. Boru bir neçə yerdən deşilib. Oradan çıxan su Atatürk prospektinə kimi axıb.

Qəza nəticəsində piyada və sürücülərin hərəkəti məhdudlaşdırılıb. “Küçəmiz çaya dönüb yenə” – deyə, sakinin biri söyləyib.

Daha öncə 15 sentyabrda şəhərin mərkəzində su borusunun partlaması haqda xəbər vermişdik.

Ən Çox Oxunan