Gəncənin mərkəzində 15 sentyabr axşam saatlarında su borusu partlayıb.
Hadisə şəhərin Nəriman Nərimanov prospektində baş verib. Su iki yerdən asfalt örtüyünün altından çıxır. İki zolağlı yolda çöküntülər əmələ gəlib.
Əldə etdiyimiz məlumata əsasən, gün boyu müşahidə edilən vəziyyətə müdaxilə edilməmişdir.
Daha öncə, Aida İmanquliyeva küçəsində baş vermiş qəza haqqında xəbər vermişdik.
