26.4 C
Gence
26.4 C
Gence

Gəncədə STEAM Azərbaycan Festivalının qalibləri ilə görüş baş tutub

Gəncədə STEAM Azərbaycan Festivalında iştirak edən şagirdlərlə görüş keçirilib. Bu haqda 25 dekabr tarixində Gəncə Şəhər Təhsil İdarəsi məlumat paylaşıb.

İdarənin rəisi Anar Qədiməliyevlə görüşdə 5 nömrəli tam orta məktəbin, 26 nömrəli məktəb-liseyin və Gəncə şəhər Fizika, Riyaziyyat və İnformatika təmayüllü Respublika liseyinin şagirdləri iştirak ediblər. Onlar festivalda müvafiq olaraq I və III yerlərə layiq görülüblər. Qədiməliyev şagirdləri təbrik edərək uğurlar arzulayıb.

Qeyd edək ki, STEAM Azərbaycan Festivalında 5 nömrəli tam orta məktəbin “Unimate”, 26 nömrəli məktəb-liseyin “Digibrains” və Gəncə şəhər Fizika, Riyaziyyat və İnformatika təmayüllü Respublika liseyinin “Robot Reboot” komandaları iştirak ediblər.

Gəncə Şəhər Təhsil İdarəsinin rəsmi Facebook səhifəsindən foto
Gəncə Şəhər Təhsil İdarəsinin rəsmi Facebook səhifəsindən foto

Ən Çox Oxunan