24.1 C
Gence
24.1 C
Gence

Gəncədə ÜST-ün konfransı keçiriləcək

Gəncədə 10 dekabr tarixində konfrans keçiriləcək. Bu haqda Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyi məlumat paylaşıb.

Tədbir Gəncə Tibb Kollecində təşkil olunacaq. Saat 10:00-da ÜST Azərbaycanın Facebook səhifəsi vasitəsi ilə canlı yayımlanacaq. Konfransda Avropa İttifaqının (Aİ) və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) layihələri çərçivəsində Azərbaycanda tibb işçilərinin COVID-19-la bağlı Davamlı Peşəkar İnkişafına dəstək məqsədilə həyata keçirilmiş təlim proqramlarının aralıq nəticələri təqdim olunacaq.

Qeyd edək ki, canlı yayım saat 13:00-dək davam edəcək.

Ən Çox Oxunan