19 C
Gence
19 C
Gence

Gəncədə SOS uşaq kəndində tələbələr üşün dərs keçirilib

Gəncədə tələbələrin seminar dərsləri SOS uşaq kəndində keçirilir. Bu haqda Gəncə Dövlət Universiteti məlumat paylaşıb.

Pedaqoji fakültənin Psixologiya ixtisasının III kurs və Tarix –coğrafiya fakültəsinin Sosial iş ixtisasının III kurs tələbələrinin “Sosial işçinin bacarığının artırılması” mövzusunda seminar dərsi burada baş tutub. Onlara SOS uşaq kəndinin koordinatoru Cavanşir Ələkbərov tərəfindən sosial işçiyə tələb olunan bacarıqlar, davranış qaydaları, sosial vəziyyəti çətin olan ailələrlə aparılan işin daha da səmərəli təşkili, sənədləşmənin sosial işçiyə etibar edilməsini təmin etmək, ailə ilə ilk tanışlıq zamanı aparılan sənədləşmə haqda məlumat verilib.

Tələbələri maraqlandıran suallara cavab verilib. Sonda xatirə şəkilləri çəkilib.

Gəncə Dövlət Universitetinin rəsmi saytından foto
Gəncə Dövlət Universitetinin rəsmi saytından foto

Ən Çox Oxunan