19.7 C
Gence
18.5 C
Ganja

Gəncədə “İsmayıl xan Ziyadxanov” kitabının təqdimatı keçiriləcək

Gəncədə Ənvər Çingizoğlu və Aydın Ziyadlının “İsmayıl xan Ziyadxanov” kitabının 25 sentyabr saat 16:00-da rəsmi təqdimatı keçiriləcək. Bu haqda məlumat Facebook sosial şəbəkəsində paylaşılıb.

Paylaşımda qeyd edilib ki, müəlliflərdən biri Aydın Ziyadlı, İsmayıl xan Ziyadxanovun doğma nəvəsi, Cavad xanın kötücəsi təqdimat mərasimində şəxsən iştirak edəcək. O, imzalı kitabları qonaqlara hədiyyə edəcək.

Təqdimat mərasimi “Cavad Xan” Tarix və Mədəniyyət Fondu, Gəncə Maarif evi və Gəncə İctimai İştirakçılıq Məclisinin təşkilatçılığı ilə baş tutacaq.

Tədbir Gəncə Maarif evi İB ofisi, Mərkəzi Kitabxananın yaxınlığında təşkil olunacaq. Əlaqə üçün +994 55 250 93 39 mobil nömrəsi qeyd olunub.