Gəncə Beynəlxalq Xəstəxanasında skolioz xəstəliyindən əziyyət çəkən şəxslər ödənişsiz müayinə imkanı əldə edəcəklər.
Müayinəni Türkiyənin Memorial Bahçelievler Xəstəxanasından dəvət olunmuş doktor Onur Yaman sentyabrın 11-dən 14-dək keçirəcək.
Əldə etdiyimiz məlumata əsasən, həkim 11 sentyabr saat 14:00-dan etibarən pasiyentləri qəbul edəcək. 12-13-14 sentyabr tarixlərində həkim qəbulu saatları səhər 09:00-dan 18:00-a kimi nəzərdə tutulub.
Qeyd edək ki, skolioz xəstələri istisna olmaqla müayinənin qiyməti 50 manatdır.
Əlavə məlumat almaq üçün (022) 255 38 38 nömrəsi ilə əlaqə saxlamaq olar.