24.1 C
Gence
24.1 C
Gence

Gəncədə sentyabrın 15-dən idman liseyinin istifadəyə verilməsi planlaşdırılır

Gəncədə Heydər Əliyev prospekti 694 ünvanında yerləşən yeni tikilmiş 4 nömrəli idman liseyi istifadəyə veriləcək. Bu haqda Gencexeber.az müxbiri 12 avqust tarixində məlumat verib.

Heydər Əliyev fondu tərəfindən tikilmiş yeni binanın tikintisi keçən il bitsə də, pandemiyaya görə istifadəyə verilməmişdir.  Bu ilin sentyabrın 15-dən liseyin istifadəyə verilməsi planlaşdırılır.

Şagirdlər burada gündə 3 dəfə isti yemək və yataqxana ilə təmin olunacaq. Təhsil müddəti 11 ildir. Bina 450 şagird üçün nəzərdə tutulub. Burada futbol, basketbol və voleybol meydançaları tikilib.

Liseyə qəbul 5-ci sinifdən müsabiqə yolu ilə keçiriləcək. Təkcə Gəncə deyil, qərb bölgələrindən idmana meyilli uşaqlar da müsabiqəyə qatıla biləcəklər.

Gəncə İdman liseyinin binası 1961-ci ildə tikilmişdir. O vaxtlar Gəncə 1 saylı internat məktəbi kimi fəaliyyət göstərən bina 2009-cu ildə Futbol təmayüllü gimnaziya, 2018-ci ildə isə idman liseyi adlandırılmışdır.

Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az

Ən Çox Oxunan