25.3 C
Gence
19.5 C
Ganja

Gəncədə sakinlər vergilərlə bağlı marifləndirilib

Gəncədə vergilərlə bağlı maarifləndirici aksiya baş tutub. Bu haqda məlumatı iyunun 7-si Kəpəz televiziyasına istinadən veririk.

Sakinlər vergi borcları mövzusunda maarifləndiriliblər. Tədbir Gəncə Şəhər Nizami Bələdiyyəsi tərəfindən həyata keçirilib. Bu məqsədlə sakinlərə bukletlər paylanılıb, sahibkarlara torpaq və əmlak vergilərində hesablanan faizlər izah edilib.

Posterlər və kitabçalarda Gəncə şəhəri üzrə əmlak və torpaq vergilərinin hesablanma qaydası, güzəştlər və sanksiyalar barədə məlumatar yer alır. Vergilərin vaxtında ödənilməsinin zərurəti izah edilib. Ödənişlərin ləngiməsi zamanı yaranan problemlərdən bəhs edilib.