Gəncədə Şeyx Bahəddin küçəsində 20-ci binanın sakinləri pis qoxudan əziyyət çəkirlər.
Müxbirimizin əldə etdiyi məlumata əsasən, bina sakinləri məişət tullantılarının gec atılmasından, həyətdə pis qoxunun olmasından şikayət edirlər. Sakinlərin sözlərinə görə bu problemlər olduğu üçün uşaqlar həyətə düşüb oynaya bilmirlər.
Şəhərin Adil İsgəndərov küçəsində, Gəncə çayın sol sahilində, Gəncə bulvarının yaxınlığındakı küçələrdə zibil topaları görmək mümkündür.