15.3 C
Gence
12.5 C
Ganja

Gəncədə sakinlər maraqlı addım atıblar

Gəncədə bir qrup sakin maraqlı təşəbbüs irəli sürüb.

Yeni Gəncədə yerləşən Əhməd Cavad adına 2 saylı məktəbin həyətində sakinlər tərəfindən təmir işləri aparılıb.

Belə ki, Facebook istifadəçilərindən biri məktəbin səhifəsində çağırış edib. Onun çağırışına bir qrup sakin cavab verib. Məktəbin həyətində uzunluğa tullanma üçün olan ərazi, voleybol sahəsi bərpa edilib, basketbol üçün dirəklər, işıqlanma üçün günəş enerjisi ilə çalışan işıq dirəkləri quraşdırılıb, bəzi dağılmış qurğular bərpa edilib, əlavə olaraq yeniləri qoyulub.

Hazırda işlər davam edir.

Qeyd edək ki, məktəb binası 40 ilə yaxındır tikilib. Bu müddət ərzində bina bir neçə dəfə təmir edilsə də, məktəbin həyətində heçvaxt təmir işləri aparılmayıb.

Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az

Ən Çox Oxunan