15.3 C
Gence
12.5 C
Ganja

Gəncədə sakinlər bəzi qəbirstanlıqların baxımsız olmasından narazıdır

Gəncədə sakinlər bəzi qəbirstanlıqların baxımsız vəziyyətdə olmasından narazıdırlar.

İmamzadə dini kompleksin və Daşkəsən yolundakı qəbirstanlıqlarda məzarların arasında tullantılara rast gəlinir. Həmin zibillər toplanaraq orada mütəmadi olaraq yandırılır.

Sakinlərin sözlərinə görə, onlar yağmurlu havada gəlib burada məzarları ziyarət etməkdə çətinlik çəkirlər.

“2016-cı ildə İmamzadə əsaslı təmir olundu, çox gözəl hala gətirildi, amma qəbirstanlığı baxımsız qaldı. Qəbirlərə gedən yolda asfalt yoxdur. Yağış yağanda hər yan palçıq olur. Üstəlik ziyarətə gələnlər özlərindən sonra zibillər qoyub gedirlər” – deyə sakinlər şikayət edib.

Qeyd edək ki, daha öncə İmamzadə dini kompleksi haqda məlumat vermişdik.

Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az

Ən Çox Oxunan