22.5 C
Gence
22.5 C
Gence

Gəncədə Sahil Babayev valideyinlərini itirən Nilayla görüşüb

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri 11 oktyabr tarixində Gəncə terroru zamanı zərər çəkmiş Nilay Əliyeva ilə görüşüb. Bu haqda nazirlik məlumat paylaşıb.

Sahil Babayev erməni terroru nəticəsində on aylıqkən şəhid olan Narın Xalıqovanın yaxınları, erməni terroru zamanı hər iki valdeyni və digər qohumları şəhid olmuş 3 yaşlı Nilay Əliyeva və birgə yaşadığı qohumları ilə görüşüb. O, hər iki ailəni evlərində ziyarət edərək, sosial vəziyyətləri ilə maraqlanıb.

Bundan başqa, nazir Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyevlə Heydər Əliyevin abidəsi və erməni terroru zamanı dağılmış binanın önünə gül dəstələri qoyublar, onların xatirəsi ehtiramla yad olunub.

Qeyd edək ki, bu gün Erməni silahlı qüvvələrinin dinc əhaliyə qarşı törətdikləri terrordan 1 il ötür.

Ən Çox Oxunan