21.4 C
Gence
21.4 C
Gence

Gəncədə sahibsiz itlər sığınacağa yerləşdiriləcək

Gəncədə sahibsiz itlər üçün sığınacaq tikilir. Bu haqda Gencexeber.az-a 7 fevral tarixində məlumat daxil olub.

Sığınacaq Atabəylər küçəsində inşa olunur. Burada ilkin olaraq 50 heyvanın saxlanılması nəzərdə tutulub. Sahibsiz itlər müəyyən saatlarda yediriləcək, baytar tərəfindən müayinə olunacaq, müalicə aparılacaq və peyvəndlənəcəklər.

İctimai əsaslarla fəaliyyət göstərəcək sığınacağın qısa zamanda hazır olması planlaşdırılır. İşlər MKTİB-in işçiləri tərəfindən aparılır.

Sığınacaq Gəncə şəhər İcra Hakimiyyəti, Kəpəz bələdiyyəsi və İctimai iştirakçılıq Məclisinin təşəbbüsü ilə inşa olunur.

Qeyd edək ki, bir ay öncə sahibsiz heyvanlar üçün sığınacağın yaradılaması haqda məlumat vermişdik.

Ən Çox Oxunan