19.1 C
Gence
19.1 C
Gence

Gəncədə sahibkarlara təlimlər təşkil olunub

Gəncədə sahibkarlar üçün təlimlər keçirilib. Bu haqda 14 dekabr tarixində Kiçik və Orta Biznesin İnkişaf Mərkəzi (KOBİM) məlumat paylaşıb.

Gəncə KOBİM, Dövlət Məşğulluq Agentliyi və “EKVİTA” şirkəti tərəfindən təşkil olunan təlimlər “Biznes planın hazırlanması” mövzusunda baş tutub. Burada sahibkarlıq fəaliyyətinə başlamaq istəyən şəxslər iştirak ediblər.

Seminarlarda biznes ideanın formalaşdırılması, investisiya layihəsinin hazırlanması, kreditə olan tələbatın müəyyənləşdirilməsi, marketinq, maliyyə planının hazırlanması və risklərin qiymətləndirilməsi metodologiyası haqda məlumat verilib.

Bundan sonra iştirakçıların avadanlıqla təmin olunması nəzərdə tutulur.

Ən Çox Oxunan