Gəncədə sağlamlıq imkanları məhdud uşaqlarda fiziki çatışmazlıqların, əqli və psixi ləngimələrin diaqnostikası aparılıb. Bu haqda məlumat Gəncə Şəhər Təhsil İdarəsinin Facebook səhifəsində yerləşdirilib.
İşlər qurumda fəaliyyət göstərən psixoloji-tibbi-pedaqoji komissiya tərəfindən görülüb. Uşaqların durumu haqda rəylər veriləcək.
Buna uyğun olaraq həmin şagirdlərin xəstəliklərindən asılı olaraq dərsləri ev şəraitində və ya təhsil müəssisələrində həyata keçiriləcək.
