Gəncədə sağlamlıq imkanları məhdud uşaqlarda fiziki çatışmazlıqların, əqli və (və ya) psixi ləngimələrin diaqnostikası aparılıb. Bu haqda məlumat Gəncə Şəhər Təhsil İdarəsinin İnstagram səhifəsində yerləşdirilib.
İşlər qurumda fəaliyyət göstərən psixoloji-tibbi-pedaqoji komissiya tərəfindən görülüb. Verilmiş rəylərin əsasında onların xüsusi təhsil müəssisələrinə və ya ümumi təhsil müəssisələrinə cəlb olunması həyata keçirilir.
Buna uyğun olaraq həmin şagirdlərin xəstəliklərindən asılı olaraq dərsləri ev şəraitində və ya təhsil müəssisələrində həyata keçirilir.