19 C
Gence
19 C
Gence

Gəncədə “Sağlam Ruh – Xoşbəxt gələcək” layihəsi baş tutub

Gəncədə “Sağlam Ruh – Xoşbəxt gələcək” layihəsi çərçivəsində təlimlərə start verilib. Bu haqda 25 oktyabr tarixində Gəncə Şəhər Təhsil İdarəsinin rəsmi Facebook səhifəsində məlumat paylaşılıb.

Sözügedən layihənin ilk təlimi M.Mehdizadə adına 4 nömrəli xarici-dillər təmayüllü məktəb-liseyində baş tutub. Tədbirdə həmin məktəbin doqquzuncu sinif şagirdləri iştirak ediblər.

İxtisaslaşmış həkim şagirdlərlə psixoloji müşahidələr aparıb, interaktiv oyunlar keçirib. Yeniyetmələri narahat edən problemlər müzakirə olunub.

Qeyd edək ki, “Sağlam Ruh – Xoşbəxt gələcək” layihəsi Təhsildə İnkişaf və İnnovasiyalar üzrə V Qrant müsabiqəsinin qalibi olub.

Ən Çox Oxunan