25.4 C
Gence
18.5 C
Ganja

Gəncədə “Sağlam həyat tərzi” başlığı altında tədbir keçirilib

Gəncədə 29 noyabr tarixində məktəblilərlə dəyirma masa keçirilib. Bu haqda şəhər 15 nömrəli tam orta məktəbin Facebook səhifəsində məlumat paylaşılıb.

Tədbir “Sağlam həyat tərzi” başlığı altında baş tutub. Məktəbin tibb bacısı və Uşaq Birliyi Təşkilatının rəhbəri yeniyetmələrə sağlam gələcək üçün maarifləndirici məlumatlar veriblər. Məktəblilərə reproduktiv sağlamlıq üzrə bilik və bacarıqların sanitar gigiyenik qaydalara əməl etməyə, hər cür zərərli vərdişlərdən uzaq olmağa imkan verdiyi bildirilib.