24.1 C
Gence
24.1 C
Gence

Gəncədə reyd keçirilib

Gəncədə bir sıra yerlərdə reyd keçirilib.

Polis əməkdaşları karantin rejimi qaydalarının əməl olunmasını yoxlamaq məqsədi ilə nəzarət-profilaktik tədbirləri keçirib. Şəhərdə fəaliyyət göstərən mehmanxanalarda monitorinq keçirilib. Otel sahiblərinin Covid-19 pasportları yoxlanılıb.

Yol Polisi idarəsinin əməkdaşları ictimai nəqliyyatda tibbi maskadan istifadəyə, sosial məsafənin qorunmasına nəzarət ediblər.

Kəpəz rayonunda çay evlərinin birində müştərilərə qəlyan verilməsi və sosial məsafənin qorunmadığı aşkar edilib.

Nizami rayonunda isə gecə işləyən kafenin sahibi cərimələnib. Kafenin fəaliyyəti dayandırılıb.

Ən Çox Oxunan