Reqbi-7 üzrə Gəncə kuboku yarışı 30 oktyabr tarixində start götürəcək. Bu haqda Azertag.az-a istinadən xəbər veririk.
8 Noyabr – Zəfər Gününə həsr olunan yarış Gəncə şəhər stadionunda baş tutacaq. Noyabrın 2-dək davam edəcək turnirdə 11 komandanın iştirakı nəzərdə tutulub.
Mükafatçılara kubok, diplom və medallar veriləcək.