25.8 C
Gence
25.8 C
Gence

Gəncədə “Red Bull Neymar Jr’s Five”-ın seçim mərhələsi baş tutacaq

Gəncədə “Red Bull Neymar Jr’s Five” futbol turnirinin seçim mərhələsi 12 sentyabr tarixində keçiriləcək. Bu haqda məlumat Redbull-un rəsmi səhifəsində paylaşılıb.

Yarışa qatılmaq istəyənlər sabah, 22 avqust tarixindən etibarən Redbull.com səhifəsində qeydiyyatdan keçməlidirlər.

Turnirdə 18-35 yaş arası 5 oyunçudan ibarət komandalar iştirak edə bilər. Dünya finalına bilet qazanmaq istəyən heyyət bütün rəqiblərini üstələməlidir.

Oyun qaydalarını təqdim edirik:

  1. Hər komanda 5 nəfərlik heyyətlə oyuna çıxacaq. Komandalarda qapıçı olmayacaq.
  2. Qol vurulan zaman rəqib komandadan bir nəfər oyundan çıxır.
  3. Oyun 10 dəqiqə və ya komandalardan birində oyunçu qalmayana qədər davam edir.

Qeyd edək ki, dünya finalında yer alan komandanın Neymar Jr və dostları ilə qarşı-qarşıya gəlmək şansı olacaq.

Ən Çox Oxunan