24.7 C
Gence
24.7 C
Gence

Gəncədə rayon bələdiyyələrinin əhatə dairəsi dəyişdirilir

Gəncədə bələdiyyələrin əhatə etdiyi ərazilərə dəyişiklik olunur. Bu haqda 10 fevral tarixində Apa-ya istinadən məlumat veririk.

Xəbər verdiyimiz kimi, Gəncədə Kəpəz və Nizami inzibati rayonları ləğv olunur. Lakin həmin rayonlar üzrə bələdiyyələr fəaliyyətini davam etdirəcək. Onların əhatə dairəsi dəyişdirilir. Belə ki, Kəpəz bələdiyyəsi Cavadxan, Məhsəti, Natəvan, Sadıllı və Şıxzamanlı qəsəbələri, 3 və 4 nömrəli sahə inzibati ərazi dairələrinə baxacaq. Nizami bələdiyyəsinin əhatə dairəsinə isə 1 və 2 saylı sahə inzibati əhatə dairələri daxil olacaq.

 

Ən Çox Oxunan