20.8 C
Gence
14.5 C
Ganja

Gəncədə radikalizmin və ekstremizmin yaratdığı fəsadlar mövzusunda seminar keçirilib

Gəncədə “Yeniyetmə və gəncləri radikalizm və ekstremizm təhlükəsindən qoruyaq!” adı altında seminar keçirilib. Bu haqda Gencexeber.az 23 noyabr tarixində Kəpəz televiziyasına istinadən məlumat verir.

Tədbirdə komitə rəsmiləri, şəhər icra hakimiyyətinin nümayəndələri, eləcə də yeniyetmə və gənclər iştirak ediblər. Radikalizmin və ekstremizmin yaratdığı fəsadlar, gələcək təhlükəsi haqda ətraflı məlumat verilib.

Qeyd olunub ki, yeniyetmə və gəncləri radikal dini düşüncələrdən və ekstremist meyllərdən qorumaq məqsədilə mütəmadi olaraq bölgələrdə bu cür maarifləndirici tədbirlərin təşkil edilməsi böyük əhəmiyyətə malikdir.

Sonda Milli Mənəvi Dəyərlərin təbliği fondu tərəfindən çap edilən 1000-dən artıq kitab tədbir iştirakçılarına paylanıb.