26.4 C
Gence
26.4 C
Gence

Gəncədə rəsm müsabiqəsi keçirilib: qaliblərə diplom, iştirakçılara isə sertifikatlar verilib

“Nizami Gəncəvi Xəmsəsi gənclərin gözü ilə” adlı növbəti rəsm müsabiqəsi keçirilib. 20-yə yaxın gənc həvəskar rəssamın əsərləri sərgilənib. Sonda qaliblərə diplom, iştirakçılara isə sertifikatlar təqdim olunub. Bu haqda qurumun rəsmi Facebook səhifəsində paylaşım edilib.

Tədbir Gəncə Gənclər Evinin metodisti, dekorativ tətbiqi sənət ustası Sona Məhərrəmova təşkil edib.

Orada Gəncə Gənclər evinin direktoru Amil Qurbanov, Gəncə Regional Mədəniyyət İdarəsinin rəsmiləri, Mədəniyyət idarəsinin əməkdaşı, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin Gənclərlə iş sektorunun rəhbəri və gənc rəssam Mobil Qarayev iştirak ediblər.

Paylaşımda qeyd olunub ki, müsabiqənin məqsədi gənc nəsli Nizami Gəncəvinin yaradıcılığı ilə tanış etmək, onlarda klassik irsə məhəbbət hissi aşılamaq, dahi şairin “Xəmsə”-sinin süjetləri əsasında Azərbaycan miniatür sənətinə maraq oyatmaq, təsviri-tətbiqi sənət növləri vasitəsilə bilik və bacarıqlarını formalaşdırmaqdan ibarətdir.

Ən Çox Oxunan