26.4 C
Gence
26.4 C
Gence

Gəncədə rəqs üzrə genişmiqsyaslı müsabiqəyə start veriləcək

Gəncədə “Kəpəz Rəqs Kuboku 2022” müsabiqəsi keçiriləcək.

Tədbir yanvarın 30-u Gəncə Dövlət Dram Teatrında saat 12:00-dan 22:00-dək baş tutacaq. Müsabiqə Azərbaycan Prezident Administrasiyası, Azərbaycan Mədəniyyət Nazirliyi, Azərbaycan Gənclər İttifaqı, Azərbaycan Rəqs Assosiasiyası tərəfindən təşkil olunacaq.

İştirakçıların qeydiyyatını kollektivin rəhbəri və ya onun nümayəndəsi yanvarın 23-dək etməlidir. Ərizələr [email protected] elektron ünvanına göndərilməlidir.

Ətraflı məlumatı bu link-dən istifadə edərək əldə edə bilərsiz.

 

Ən Çox Oxunan