24.1 C
Gence
24.1 C
Gence

Gəncədə “Ürəklərdə əbədi yurd salan insan” adlı tədbir keçirilib

Gəncədə 9 dekabr tarixində Ulu Öndərin anım günü münasibəti ilə tədbir keçirilib. Bu haqda Gəncə Heydər Əliyev mərkəzi və park-kompleksi məlumat paylaşıb.

“Ürəklərdə əbədi yurd salan insan” adlı tədbirdə Gəncə şəhər 27 nömrəli tam orta məktəbin şagirdləri iştirak ediblər. Mərkəzinin bələdçisi Sevinc Bədəlova onları Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış edib. Məktəblilərə Ümummilli lider haqda ətraflı məlumat verilib.

Sonda şagirdlər Heydər Əliyevə həsr olunmuş kompozisiya ilə çıxış ediblər.

 

Ən Çox Oxunan