25.8 C
Gence
25.8 C
Gence

Gəncədə qazilərlə görüş keçirilib

Gəncə qaziləri YAP-a üzvlük üçün müraciət ediblər. Bu haqda YAP Gəncə şəhər Təşkilatı məlumat paylaşıb.

Təşkilatın sədri Ramil Orucov qazilərlə görüşüb. İlk öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbirdə çıxış edən Ramil Orucov qazilərimizə şəfa diləyib. Müharibə iştirakçıları isə keçdikləri döyüş yolu haqqında danışıb, öz təəsüratlarını paylaşıblar.

Daha sonra, müharibə iştirakçısı Samir Məmmədov qazilər adından çıxış edərək xahiş edib ki, onları Yeni Azərbaycan Partiyasının sıralarına qəbul etsinlər.

 

Ən Çox Oxunan