24.7 C
Gence
24.7 C
Gence

Gəncədə qazilərin iştirakı ilə tədbir keçirilib

Gəncədə 7 dekabr tarixində Vətən müharibəsi qaziləri ilə görüş keçirilib. Bu haqda Gəncə Regional Mədəniyyət İdarəsi məlumat paylaşıb.

“Vətənin canlı fədailəri” adlı tədbir Mərkəzi Kitabxananın oxu zalında baş tutub. İlk öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Görüşdə qazilər Elvin, Tural, Turqut, Coşğun, tankçı Pərviz, Taleh, Elmir iştirak ediblər. Onlar keçdikləri döyüş yolları haqda danışıblar.

Tədbirdə şair-dramaturq Xəzangül Hüseynova, şairlər Bəxtiyar Muradov, Aləmzər Əlizadə, İnqilab İsaq, Elton Türkel, yazıçı Qərib Mehdi, Gəncə Maarif Evi İctimai Birliyinin rəhbəri İmamverdi Vəliyev, Gəncə Tibb Kollecinin tələbələri çıxış ediblər. Gəncə şəhər 4 və 5 nömrəli Uşaq Musiqi Məktəblərinin şagirdləri öz rəngarəng musiqi töhvələri ilə görüşdə iştirak ediblər.

Gəncə Regional Mədəniyyət İdarəsinin Facebook səhifəsindən foto
Gəncə Regional Mədəniyyət İdarəsinin Facebook səhifəsindən foto

Ən Çox Oxunan