12.5 C
Gence
10.5 C
Ganja

Gəncədə qaz borusu məktəbə girişi çətinləşdirib

Gəncədə şagird və müəllimlər üçün çətinlik yaranıb. Bu haqda Gencexeber.az-a 13 oktyabr tarixində izləyicilər məlumat verib.

Şəhər 24 nömrəli tam orta məktəbin ətrafı boyunca qaz xətti çəkilib. Sakinlərin sözlərinə görə, yüzlərlə tələbə və müəllimlər borunun üzərindən adlamalı olurlar.

“Şagird və müəllimlərin gediş-gəliş yolu demək olar ki, bağlanıb. Məktəbin ərazisinə girmək üçün borunun üstündən adlamaq lazımdır. Yaşlı adamlar və uşaqlar əziyyət çəkirlər” – deyə onlar bildirib.

Foto Gencexeber.az
Foto Gencexeber.az

Ən Çox Oxunan